Yuxarı
    Bağlamaq

    ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədrlərin fəaliyyətini dəstəkləyirik"

    Ancelino Alfano: ATƏT əsas diqqətini uzanan münaqişələrin həllinə yönəldəcək

    Bakı. 9 mart. REPORT.AZ/ "ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir."

    "Report"un verdiyi xəbərə görə, bu barədə təşkilatın fəaliyyətdə olan sədri, İtaliya XİN başçısı Ancelino Alfano Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib.

    O bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməyə davam edəcəyik.

    Onun sözlərinə görə, ATƏT bu il əsas diqqətini Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstan münaqişəsi daxil olmaqla, uzanan münaqişələrin həllinə yönəldəcək.

    Xatırladaq ki, İtaliya ATƏT-ə bu il sədrlik edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi