​ATƏT sədri cəbhədə yaranan son gərginliyi qətiyyətlə pisləyib

​ATƏT sədri cəbhədə yaranan son gərginliyi qətiyyətlə pisləyib İvitsa Daçiç Azərbaycan və Ermənistanı son dərəcədə təmkinli olmağa çağırıb
Qarabağ
29 Sentyabr , 2015 07:22
​ATƏT sədri cəbhədə yaranan son gərginliyi qətiyyətlə pisləyib

Bakı. 29 sentyabr. REPORT.AZ/ ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda qurumun Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.

"Report" ATƏT-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan son gərginlik və iki ölkə rəsmiləri arasında aparılan danışıqlar prosesi barədə məlumatlandırılıb.

Daçiç təmas xəttində yaranan son gərginliyi qətiyyətlə pisləyərək cəbhədə ölənlərin ailələrinə başsağlığı verib və tərəfləri maksimum dərəcədə təmkinli olmağa və gərginliyin aradan qaldırılması istiqamətində iş görməyə çağırıb.

ATƏT sədri Minsk qrupunun fəaliyyətini tam dəstəklədiyini bildirib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliyə getməyə və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi