Yuxarı
    Bağlamaq

    ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfərlər barədə hesabat təqdim edəcək

    ATƏT Parlament Assambleyasının illik sessiyası iyulun 1-dən 5-dək Tbilisidə keçiriləcək

    Bakı. 24 may. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycan və Ermənistana səfərlər barədə hesabat hazırlayacaq. O, bu hesabatı ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyasında təqdim edəcək.

    "Report" "ArmToday" portalına istinadən xəbər verir ki, bu barədə K.Vigenin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşü zamanı bildirib.

    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında danışan K.Vigenin regionda sülhün bərqərar olması üçün ATƏT-in Minsk qrupunun mandatının müzakirə olunmayacağı böyük səylərə ehtiyac duyulduğunu qeyd edib.

    Bu il ATƏT Parlament Assambleyasının illik sessiyası iyulun 1-dən 5-dək Tbilisidə keçiriləcək. ATƏT PA-nın sessiyasında 57 ölkədən 700 deputatın iştirak edəcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi