ATƏT PA-nın sədri: “Qarabağ münaqişəsi zonasında güc tətbiqi yolverilməzdir”

ATƏT PA-nın sədri: “Qarabağ münaqişəsi zonasında güc tətbiqi yolverilməzdir” “ATƏT PA Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ probleminin sülh yolu ilə nizamlanmasını dəstəkləyir"
Qarabağ
3 May , 2016 19:45
ATƏT PA-nın sədri: “Qarabağ münaqişəsi zonasında güc tətbiqi yolverilməzdir”

Bakı. 3 may. REPORT.AZ/ “Qarabağ münaqişəsi zonasında güc tətbiqi yolverilməzdir”. "Report"un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Helsinkidə Ermənistan XİN başçısı Edvard Nalbandyanla keçirdiyi görüşdə bildirib.

ATƏT PA Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının imkanlarının genişləndirilməsini dəstəkləyir”, - deyə İ.Kanerva vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi