ATƏT PA-nın prezidenti ölkələrin ərazi bütövlüyünə hörmət olunmasına dair çağırış edib

ATƏT PA-nın prezidenti ölkələrin ərazi bütövlüyünə hörmət olunmasına dair çağırış edib İlkka Kanerva: "Nizamlanmamış münaqişələrin həlli üçün səyləri aktivləşdirmək vacibdir"
Qarabağ
1 İyul , 2016 16:06
ATƏT PA-nın prezidenti ölkələrin ərazi bütövlüyünə hörmət olunmasına dair çağırış edib

Bakı. 1 iyul. REPORT.AZ/ "ATƏT məkanında ölkələrin ərazi bütövlüyünə hörmət etmək zəruridir".

"Report" xəbər verir ki, bu sözləri bu gün Tbilisidə ATƏT Parlament Assambleyasının (PA) 25-ci illik sessiyasının açılış mərasimində çıxış edərkən ATƏT PA-nın prezidenti İlkka Kanerva deyib.

O bildirib ki, təşkilata daxil olan ölkələr bir sıra problemlə, o cümlədən ATƏT məkanında həll olunmamış münaqişələrlə üz-üzə qalmaqda davam edir.

İ.Kanerva ATƏT PA deputatlarını nizamlanmamış münaqişələrin həlli üçün səyləri aktivləşdirməyə çağırıb.

Xatırladaq ki, sessiyanın iclasında 50 ölkədən 300-ə yaxın parlamentari iştirak edir.

Son xəbərlər

Orphus sistemi