Yuxarı

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi yaxın vaxtlarda regiona səfər edəcək

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans iyul ayında Gürcüstanda keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin yaxın vaxtlarda regiona səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə xüsusi nümayəndə K.Vigeninin özü Almaniya və Fransa sərhədində ATƏT-in 15 ölkəsindən olan deputatların görüşündə həlli uzadılmış münaqişələrin nizamlanması üzrə müzakirələrə həsr olunmuş görüşündə məlumat verib.

Onun sözlərinə görə, bu səfər iyul ayında Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq ATƏT PA-nın illik sessiyasında keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransa hazırlıqla bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi