ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi yaxın vaxtlarda regiona səfər edəcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi yaxın vaxtlarda regiona səfər edəcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans iyul ayında Gürcüstanda keçiriləcək
Qarabağ
18 Aprel , 2016 09:54
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi yaxın vaxtlarda regiona səfər edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin yaxın vaxtlarda regiona səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə xüsusi nümayəndə K.Vigeninin özü Almaniya və Fransa sərhədində ATƏT-in 15 ölkəsindən olan deputatların görüşündə həlli uzadılmış münaqişələrin nizamlanması üzrə müzakirələrə həsr olunmuş görüşündə məlumat verib.

Onun sözlərinə görə, bu səfər iyul ayında Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq ATƏT PA-nın illik sessiyasında keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransa hazırlıqla bağlıdır.

Son xəbərlər

Orphus sistemi