ATƏT PA deputatları Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqədar narahatlıqlarını bildirib

ATƏT PA deputatları Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqədar narahatlıqlarını bildirib Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT PA-nın illik sessiyasının yekun sənədində öz əksini tapıb
Qarabağ
5 İyul , 2016 12:12
ATƏT PA deputatları Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqədar narahatlıqlarını bildirib

Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT PA deputatları Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqədar narahatlıqlarını bildirib.

"Report" xəbər verir ki, bu barədə bu gün Tbilisidə başa çatan ATƏT-in Parlament Assambleyasının illik sessiyasının yekunlarına dair qəbul edilmiş sənəddə - Tbilisi bəyannaməsinin mətnində deyilir.

ATƏT PA deputatları, həmçinin ATƏT sədrliyinin danışıqlar əsasında, mövcud formatlar və mexanizmlər çərçivəsində ATƏT regionunda həlli uzadılmış münaqişələrin siyasi həllinin axtarış üzrə fəal iştirakını da alqışlayıb.

Sənəddə parlamentarilərə çağırış da yer alıb: "Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa riskini azaltmaq üçün tərəfləri qarşılıqlı etimad tədbirlərinin möhkəmləndirilməsi haqqında razılıq əldə olunması istiqamətində ciddi addımlar atmaqla bağlı siyasi iradə göstərməyə və Minsk qrupu çərçivəsində problemin nizamlanmasına dair hərtərəfli saziş üzrə razılığa gəlinməsinə sövq etmək lazımdır".

Deputatlar, həmçinin qaçqın və məcburi köçkünlər probleminin həllində daha qətiyyətli siyasi iradə göstərilməsinə çağırış edib.

Son xəbərlər

Orphus sistemi