ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlament platforması yaratmaq təklif olunub

ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlament platforması yaratmaq təklif olunub Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ATƏT PA-nın payız plenar sessiyasının gedişində qaldırılacağı planlaşdırılır
Qarabağ
5 İyul , 2017 17:46
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlament platforması yaratmaq təklif olunub

Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr üçün parlament platforması yaradılmasını təklif edib.

"Report" xəbər verir ki, bu barədə K.Vigenin ATƏT PA-nın Minskdə keçirilən plenar iclasında bildirib.

O, belə platformanın ATƏT PA və münaqişə tərəflərindən təsdiq aldıqdan sonra yaradılacağını vurğulayıb.

Xüsusi nümayəndənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin həmçinin ATƏT PA-nın payız plenar sessiyasında qaldırılacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi