ATƏT PA Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb

ATƏT PA Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb ATƏT PA-nın prezidenti vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri maksimum dərəcədə təmkinli olmağa çağırıb
Qarabağ
3 Aprel , 2016 09:49
ATƏT PA Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Bakı. 3 aprel. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti İlkka Kanerva və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Dağlıq Qarabağda qarşıdurmaların gərginləşməsiylə əlaqədar narahatlığını bildirib və tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə ATƏT PA nümayəndələrinin birgə bəyanatında deyilir.

"Bu hərbi əməliyyatlar dayandırılmalıdır. Dağlıq Qarabağ münaqişəsi uzun illərdir xeyli sayda insanın həyatını itirməsi ilə nəticələnir. Hər iki tərəfi dərhal atəşi dayandırmağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırırıq", - bəyanatda deyilir.

Bəyanatda həmçinin prezidenti və xüsusi nümayəndənin münaqişənin sülh yolu ilə həllini tapması üçün ATƏT-in Minsk qrupunun səylərini tam dəstəklədiyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi