Bakı. 11 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri məsləhətləşmələr aparmaq məqsədilə bu gün Helsinkiyə yola düşəcək.
"Report" xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
O qeyd edib ki, Finlandiya Minsk qrupuna üzv olan ölkələrdən biridir və burada baş tutacaq məsləhətləşmələr zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq.