Uorlik: "Qarabağ münaqişəsinin tərəfləri arasında gərginliyin azaldılması üçün danışıqlarda irəliləyiş əldə olunması zəruridir"

Uorlik: "Qarabağ münaqişəsinin tərəfləri arasında gərginliyin azaldılması üçün danışıqlarda irəliləyiş əldə olunması zəruridir" "Yüksək vəzifəli rəsmi şəxslərin iştirakı ilə münaqişənin həlli üzrə genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır"
Qarabağ
27 İyul , 2016 13:08
Uorlik: Qarabağ münaqişəsinin tərəfləri arasında gərginliyin azaldılması üçün danışıqlarda irəliləyiş əldə olunması zəruridir

Bakı. 27 iyul. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin təşviq edilməsi məqsədilə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə prezidentlərin üzərlərinə götürdükləri öhdəliklərin həyata keçirilməsi istiqamətində fəal işləyir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

O, prezidentlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun fəaliyyətinin genişləndirilməsi barədə razılığa gəldiklərini xatırladıb.

"Hər iki tərəfdən yüksək vəzifəli rəsmi şəxslərin iştirakı ilə münaqişənin həlli üzrə genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır. Münaqişə tərəfləri arasında gərginliyin azaldılması üçün danışıqlarda irəliləyiş əldə olunması zəruridir", - deyə ATƏT MQ-nin həmsədri bildirib.

Son xəbərlər

Orphus sistemi