ATƏT MQ-nin həmsədri: "Dekabrın sonlarındakı toqquşma Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların əhəmiyyətini göstərir"

ATƏT MQ-nin həmsədri: "Dekabrın sonlarındakı toqquşma Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların əhəmiyyətini göstərir" Riçard Hoqland: "Tərəfləri atəşkəsi rejiminə ciddi şəkildə əməl etməyə çağırmağa davam edirik"
Qarabağ
31 Yanvar , 2017 13:22
ATƏT MQ-nin həmsədri: Dekabrın sonlarındakı toqquşma Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların əhəmiyyətini göstərir

Bakı. 31 yanvar. REPORT.AZ/ "Dekabrın sonlarındakı toqquşma bir daha Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların əhəmiyyətini göstərir".

"Report" xəbər verir ki, bunu Ermənistan KİV-inə açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri, səfir Riçard Hoqland deyib.

"Tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırmağa və qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün tədbirlər görməyə davam edirik", - deyə R.Hoqland bildirib.

Son xəbərlər

Orphus sistemi