Yuxarı

ATƏT MQ həmsədrlərinin regiona səfəri başlayıb

Vasitəçilər danışıqlar prosesinin gələcək gedişini və təmas xəttində vəziyyəti müzakirə edəcəklər

Bakı. 16 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. "Report" xəbər verir ki, vasitəçilər Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Bakıya gəlib. 

Bu gün həmsədrlərin Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə görüşəcəyi gözlənilir. Görüşlərdə  danışıqlar prosesinin gələcək gedişi və Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunacaq. 

Fevralın 17-də həmsədrlər İrəvana yollanacaq. 

Bakı və İrəvandan sonra vasitəçilərin Xankəndinə də səfəri gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi