Həmsədrlər: "Vəziyyətin gərginləşməsi münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqları zəruri edir"

Həmsədrlər: "Vəziyyətin gərginləşməsi münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqları zəruri edir" Minsk qrupuna üzv dövlətlər münaqişə tərəflərinin mümkün qədər tez bilavasitə məsləhətləşmələr üzrə planlarını alqışlayır
Qarabağ
5 Aprel , 2016 17:11
Həmsədrlər: Vəziyyətin gərginləşməsi münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqları zəruri edir

Bakı. 5 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasını qınayıb. 

"Report" xəbər verir ki, bu barədə həmsədrlərin bugünkü bəyanatında deyilir. 

Bəyanatda diplomatlar ölənlərin ailələrinə başsağlığı verib. Onlar həmçinin münaqişənin hərbi yolla həllinin mövcud olmadığını bildiriblər. 

"Vəziyyətin gərginləşməsi münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqları zəruri edir" - deyə bəyanatda qeyd olunub.

Vasitəçilər həmçinin qeyd edib ki, Minsk qrupuna üzv dövlətlər Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin səylərini dəstəkləyir və münaqişə tərəflərinin mümkün qədər tez bilavasitə məsləhətləşmələr üzrə planlarını alqışlayır.

Son xəbərlər

Orphus sistemi