Yuxarı

ATƏT MQ həmsədrləri İtaliya ilə məsləhətləşmələr aparır

Minsk qrupunun bütün ölkələri münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir

Bakı. 15 may. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün İtaliyanın rəsmi şəxsləri ilə məsləhətləşmələr aparır. "Report" xəbər verir ki, bu barədə ATƏT MQ amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 

Xatırladaq ki, İtaliya ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun tərkibinə daxildir. 

"Minsk qrupunun bütün ölkələri münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir", - C.Uorlik qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi