ATƏT-in yeni baş katibi Dağlıq Qarabağla bağlı missiyası barədə danışıb

ATƏT-in yeni baş katibi Dağlıq Qarabağla bağlı missiyası barədə danışıb O, təşkilatın münaqişə zonasında baş verənləri çox diqqətlə izlədiyini bildirib
Qarabağ
21 Noyabr , 2017 05:59
ATƏT-in yeni baş katibi Dağlıq Qarabağla bağlı missiyası barədə danışıb

Bakı. 21 noyabr. REPORT.AZ/ ATƏT-in yeni baş katibi Tomas Qreminqer Rusiyanın RBK nəşrinə müsahibəsində rəhbərlik etdiyi qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolundan danışıb.

“Report” xəbər verir ki, o, müsahibəsində təşkilatın Ermənistan-Azərbaycan münaqişəsi zonasında baş verənləri çox diqqətlə izlədiyini bildirib.

"Biz baş verənləri çox diqqətlə izləyirik. Bizdə xüsusi alət – ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşikin rəhbərlik etdiyi missiya var ki, onun əməkdaşları təmas xətti boyunca vəziyyəti diqqətlə müşahidə edirlər", - deyə Qerminqer qeyd edib.

Eyni zamanda ATƏT rəhbəri münaqişənin həlli yollarının axtarışlarına cəlb olunmuş hər üç həmsədrə dəstəyini davam etdirəcəyini bildirib:

"Biz yaxın keçmişdə münaqişənin qızışmasından narahat olmuşduq. Mənim baş katib kimi rolum Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılması üçün səy göstərən üç həmsədrinin işinə köməklik göstərməkdən ibarətdir".

Son xəbərlər

Orphus sistemi