ATƏT-in xüsusi nümayəndəsi: "Anjey Kasprşikin ofisinin üzvlərinin sayı 6-dan 13-dək artırılacaq”

ATƏT-in xüsusi nümayəndəsi: "Anjey Kasprşikin ofisinin üzvlərinin sayı 6-dan 13-dək artırılacaq” Günter Baxler: “Bu konsepsiya Avstriyanın sədrliyi ilə hazırlanıb və 2018-ci ildə həyata keçəcəyi real görünür”
Qarabağ
28 Dekabr , 2017 16:57
ATƏT-in xüsusi nümayəndəsi: Anjey Kasprşikin ofisinin üzvlərinin sayı 6-dan 13-dək artırılacaq”

Bakı. 28 dekabr. REPORT.AZ/ “2016-cı ilin aprelində baş verən döyüşlər Dağlıq Qarabağla bağlı məsələdə tərəflər arasında mövcud olmuş azacıq etimadın da üzərinə şübhə toxumu səpdi”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler qurumun mətbuat xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin oktyabrın 16-da Cenevrədə keçirilmiş görüşü müəyyən dərəcədə ümidvericidir: “Bununla belə yalnız prezidentlərin ikitərəfli görüşü danışıqlar prosesini avtomotik olaraq yoluna qoya bilməyəcək”.

Xüsusi nümayəndə Dağlıq Qarabağla bağlı ATƏT-in monitorinq missiyası üzvlərinin sayının artırılması məsələsinə də toxunub: “Ötən il Almaniyanın sədrliyi dövründə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyinin (Anjey Kasprşikin ofisi) monitorinq missiyasını gücləndirmək ideyasını hazırladıq. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündə bu məsələ razılaşdırılıb. Ancaq hələ reallaşdırılmayıb. Bu təmas xəttində və Azərbaycanla Ermənistanın dövlət sərhədində monitorinq üzrə kiçik qrupla bağlıdır. Biz onların sayının 6-dan 13-dək artırılmasını düşünürük. Bu konsepsiya Avstriyanın sədrliyi ilə hazırlanıb və 2018-ci ildə həyata keçəcəyi real görünür. Biz atəşkəsin pozulması mexanizminin araşdırlması ilə bağlı qeyri-rəsmi sənəd tərtib etmişik. Etimadı möhkəmləndirmək üçün bunu da reallaşdırmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi