ATƏT sədri: "Statusdan az əhəmiyyət daşımayan və müzakirəsi vacib olan başqa məsələlər də var "

ATƏT sədri: "Statusdan az əhəmiyyət daşımayan və müzakirəsi vacib olan başqa məsələlər də var " İvitsa Daçıç : "Təklifin qəbul edilməsi üçün iştirakçıların konsensusa gəlməsi vacibdir"
Qarabağ
3 İyun , 2015 14:26
ATƏT sədri: Statusdan az əhəmiyyət daşımayan və müzakirəsi vacib olan başqa məsələlər də var

Bakı. 3 iyun. REPORT.AZ/ "Mən Bakıda demişəm, burada da təkrarlayıram: Statusdan az əhəmiyyət daşımayan və müzakirə edilməsi vacib olan başqa məsələlər də var. Bura itkin düşənlərin axtarışı, qaçqınlar və köçkünlərlə bağlı problemlər də daxildir. Ancaq bunun üçün sülh möhkəmləndirilməli, atəşkəs rejiminə dair razılaşmaya əməl edilməlidir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçıç Yerevana səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin sayının artırılması ideyasına münasibət bildirən İvitsa Daçıç deyib: "Bu yeni təklif deyil. Təklifin qəbul edilməsi üçün iştirakçıların konsensusa gəlməsi lazımdır. Bəlkə də biz bunu dəyərləndirəcəyik".

ATƏT sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin iştiratkçıları üzərlərinə düşən öhdəliyə əməl etməlidir.

"Rusiyanın Azərbaycana silah satması" ilə bağlı sualı cavablandıran İ. Daçıç bildirib ki, silah və sursat satışı, onların hara göndərildiyi ilə bağlı məsələni araşdırmaq, öyrənmək lazımdır: "Yaxın Şərqə də çeşidli yerlərdən silah daxil olur".

Son xəbərlər

Orphus sistemi