ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb Monitorinq Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində aparılıb
Qarabağ
24 Yanvar , 2017 11:43
ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Bakı. 24 yanvar. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq keçiriblər. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle və Gennadi Petrika keçiriblər. 

Son xəbərlər

Orphus sistemi