Yuxarı

​ATƏT-in nümayəndələri ermənilərin yaraladığı Azərbaycan vətəndaşı ilə görüşüb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məluumat verilib.

Monitorinqi keçirən qruplar qatı duman səbəbindən vizual əlaqə yarada bilməyib və yalnız radiorabitə əlaqəsindən sonra monitorinq baş tutmuş hesab olunub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər.

Beynəlxalq təşkilatın nümayəndələri sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb və onun səhhəti ilə də maraqlanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi