ATƏT-in MQ həmsədrləri cəbhədə vəziyyətin gərginləşməsinə gətirən addımlardan çəkinməyə çağırıblar

ATƏT-in MQ həmsədrləri cəbhədə vəziyyətin gərginləşməsinə gətirən addımlardan çəkinməyə çağırıblar "Region yayda müşahidə olunan daha bir zorakılığa tab gətirə bilməz"
Qarabağ
13 Noyabr , 2014 09:46
ATƏT-in MQ həmsədrləri cəbhədə vəziyyətin gərginləşməsinə gətirən addımlardan çəkinməyə çağırıblar

Bakı. 13 noyabr. REPORT.AZ/ ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri təmas xətti yaxınlığında helikopterin vurulması ilə bağlı ciddi narahatlıqlarını bildiriblər. "Report" xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətinin yaydığı vasitəçilərin birgə bəyanatında deyilir. 

Həmsədrlər ölənlərin ailələrinə başsağlığı veriblər. "Biz təkidlə təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə gətirən addımlardan çəkinməyə çağırırıq. Region yayda müşahidə olunan daha bir zorakılığa tab gətirə bilməz" - deyə, bəyanatda qeyd olunub.

Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinə atəşkəs rejiminə riayət etməklə bağlı öhdəliklərini xatırladıblar. "Biz həmçinin, hazırda qarşılıqlı etimadın gücləndirilməsi üçün tədbir görməyə çağırırıq. Bu, təmas xətti və Azərbaycan-Ermənistan sərhədində şəffaflığı artırmağa və bu insidentin təkrarlanma ehtimalını azaltmağa imkan verəcək".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Son xəbərlər

Orphus sistemi