ATƏT-in MQ həmsədrlərinin regiona səfəri başa çatıb

ATƏT-in MQ həmsədrlərinin regiona səfəri başa çatıb Fevralın 16-da vasitəçilər Bakıda olub, fevralın 17-də İrəvana səfər ediblər
Qarabağ
20 Fevral , 2015 10:31
ATƏT-in MQ həmsədrlərinin regiona səfəri başa çatıb

Bakı. 20 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlərinin regiona səfəri başa çatıb. "Report" xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.  

Xatırladaq ki, səfər çərçivəsində vasitəçilər fevralın 16-da Bakıda, fevralın 17-də isə İrəvanda olublar. Həmsədrlər iki ölkənin prezidentləri, XİN rəhbərləri və müdafiə nazirləri ilə münaqişənin həlli üzrə gələcək addımları, eləcə də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və sərhəddəki vəziyyəti müzakirə ediblər. ATƏT-in MQ həmsədrləri həmçinin Dağlıq Qarabağa səfər ediblər. 

Səfərin yekunkarına görə həmsədrlərin növbəti bəyanatı yayılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi