ATƏT-in MQ həmsədrləri regiona səfərinin yekunlarına dair bəyanat yayıblar

ATƏT-in MQ həmsədrləri regiona səfərinin yekunlarına dair bəyanat yayıblar Vasitəçilər prezidentlərin bu ilki görüşünə hazırlığı müzakirə ediblər
Qarabağ
20 Fevral , 2015 13:57
ATƏT-in MQ həmsədrləri regiona səfərinin yekunlarına dair bəyanat yayıblar

Bakı. 20 fevral. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zaman tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiklərini təsdiq ediblər. Prezidentlər həmçinin həmsədrlərin təkliflərini müzakirə etmək haqda razılığına gəliblər". "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bu gün dərc etdikləri birgə bəyanatında deyilir. 

Vasitəçilər qeyd ediblər ki, fevralın 16-19-da regiona səfəri zamanı onlar iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə münaqişənin həlli prosesində gələcək addımlar, eləcə də prezidentlərin bu ildə nəzərdə tutulan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Həmsədrlər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb və Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərlə bağlı məsələləri müzakirə ediblər. "Onlar 2014-cü ilin oktyabrinda Parisdə yüksək səviyyədə əldə olunan BQXK vasitəsilə itgin düşən şəxslər haqqında məlumat mübadiləsinə dair razılaşmanın əhəmiyyətini vurğulayıblar", - bəyanatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi