ATƏT-in MQ həmsədrləri prezidentlərin növbəti görüşünü hazırlamaq üçün Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcəklər

ATƏT-in MQ həmsədrləri prezidentlərin növbəti görüşünü hazırlamaq üçün Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcəklər Görüş ATƏT-in XİNŞ iclası çərçivəsində keçiriləcək
Qarabağ
3 Noyabr , 2014 10:16
ATƏT-in MQ həmsədrləri prezidentlərin növbəti görüşünü hazırlamaq üçün Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcəklər

Bakı. 3 noyabr. REPORT.AZ/ ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun (MQ) həmsədrləri gələn ay Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər. ATƏT-in MQ amerikalı həmsədri Ceyms Uorlik "Report"a bildirib ki, görüş İsveçrədə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində keçiriləcək. 

Onun sözlərinə görə, vasitəçilərin nazirlərlə görüşü Azərbaycan və Ermənistan prezidentlərinin gələn il keçiriləcək növbəti görüşünə hazırlıq məqsədini daşıyır.

C.Uorlik qeyd edib ki, həmsədrlər iki ölkənin prezidentləri və nazirləri ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədilər. 

Qeyd edək ki, ATƏT-in XİNŞ-nin növbəti 21-ci iclası dekabr ayının 4-5-də İsveçrənin Bazel şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi