Bakı.17 fevral. REPORT.AZ/ Bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Məlumatda bildirlib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsini müzakirə ediblər.