Britaniyalı nazir: “ATƏT-in Minsk qrupunun səylərini fəal şəkildə dəstəkləyirik”

Britaniyalı nazir: “ATƏT-in Minsk qrupunun səylərini fəal şəkildə dəstəkləyirik” Alan Dunkan: “Bu, bölgədə böyük iqtisadi dönüş və sabitliklə nəticələnə bilər”
Qarabağ
27 Sentyabr , 2017 13:19
Britaniyalı nazir: “ATƏT-in Minsk qrupunun səylərini fəal şəkildə dəstəkləyirik”
Report/ Firi Salim

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini fəal şəkildə dəstəkləyirik”.

“Report” “Novosti-Armenii”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan sentyabrın 27-də Ermənistan parlamentindəki çıxışında bildirib.

“Hər iki tərəfin danışıqlar prosesinə fəal cəlb olunmasını təşviq edirik. Bu, bölgədə böyük iqtisadi dönüş və sabitliklə nəticələnə bilər”, - o, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində münaqişənin həllinə krallığın münasibətinə dair parlament üzvlərinin sualını cavablandırarkən vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi