NATO rəsmisi: “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik”

NATO rəsmisi: “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik” Ceyms Appaturay: “NATO-nun mövqeyi tam aydındır: gərginliyin, hərbi əməliyyatların səviyəsinin azalması, dinc proses”
Qarabağ
12 İyun , 2017 17:55
NATO rəsmisi: “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik”

Bakı. 12 iyun. REPORT.AZ/ "NATO üzvü olan bütün dövlətlər Cənubi Qafqazda silahlanmanın artmasından narahatdır".

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu iyunun 12-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“ATƏT-in Minsk qrupunun üç həmsədrindən ikisi - ABŞ və Fransa NATO-da müttəfiqdir. Onlar da Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə sadiqdirlər”, - o vurğulayıb.

C.Appaturay deyib ki, NATO-nun mövqeyi tam aydındır: gərginliyin, hərbi əməliyyatların səviyəsinin azalması, dinc proses: “NATO prosesə birbaşa cəlb edilməyib, mən də onu cəlb edə bilmərəm. Bizim mövqeyimiz qətidir – ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək”.

Son xəbərlər

Orphus sistemi