Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun keçmiş həmsədri yeni vəzifədə işə başlayıb

    Ceyms Uorlik Vaşinqtonda Rusiyanın Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları adlı hüquq şirkətinin tərəfdaşı olub

    Bakı. 17 yanvar. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik bu gündən Rusiyanın nüfuzlu "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" adlı hüquq şirkətinin Vaşinqtondakı tərəfdaşı kimi işə başlayıb. 

    Bu barədə "Report" şirkətin rəsmi saytına istinadən xəbər verir.

    C.Uorlik ABŞ və beynəlxalq şirkətlərlə qarşılıqlı fəaliyyətə, müştərilərlə, dövlət orqanları və qanunvericiliklə qarşılıqlı əlaqələrin strateji inkişafına cavabdeh olacaq.

    "Əsl peşəkarlar komandasının bir hissəsi olmaq mənim üçün qürurvericidir. Bu, karyeramda yeni mərhələdir, Rusiyada, MDB məkanında biznes quran ABŞ və beynəlxalq şirkətlərlə əlaqələri inkişaf etdirmək, eləcə də bu keçid dövründə ölkələr arasında əlaqələrin yaxşılaşdırılmasına yardım etmək üçün təcrübəmdən istifadə etmək üçün gözəl imkandır" - C.Uorlik bildirib.

    Xatırladaq ki, C.Uorlik 2016-cı il dekabrın 31-də ATƏT-in Minsk qrupunun həmsədri kimi missiyasını başa vurub. C.Uorlik 30 ildən çox müddətdə ABŞ hökumətində çalışıb. O, Stenford və Oksford Universitetlərinin, eləcə də Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin məzunu, Arizona Universitetində hüquq üzrə dosentdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi