Yuxarı

​ATƏT-in Minsk qrupunun iclası başlayıb

İclasa həmsədrlər də qatılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk qrupunun iclası keçirilir. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

İclasa ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri də qatılıblar.

Bir saatdan sonra ATƏT-in Daimi Şurasının xüsusi toplantısı keçiriləcək. Hər iki yığıncaq Azərbaycanın işğal atlında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə həsr olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi