Yuxarı

​ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtona səfər edib

Vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər

Bakı. 6 iyul. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda səfər edib. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Vasitəçilər Vaşinqtonda Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bir sıra görüşlər keçirəcək və müzakirələr aparacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi