ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin nəticələrinə dair bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin nəticələrinə dair bəyanat yayıblar Həmsədrlər Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xətti boyu nisbi sakitlik dövrünü alqışlayıblar
Qarabağ
23 İyul , 2015 20:43
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin nəticələrinə dair bəyanat yayıblar

Bakı. 23 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin nəticələrinə dair bəyanat yayıblar. "Report"un verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarqsyanla görüşmək məqsədilə həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) Yerevan və Bakıda olublar. Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. 

Bəyanatda bildirilir ki, həmsədrlər prezidentlərlə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına dair danışıqların inkişafı barədə cari təklifləri müzakirə ediblər. Onlar dövlət başçılarının bu il ərzində görüşə hazır olmalarını alqışlayıb və prezidentlərin gözlənilən görüşünün gündəliyinin həmsədrlərlə birgə hazırlanmasına dair hər iki ölkənin xarici işlər nazirlərini təlimatlandırıblar. 

"Biz həmçinin son bir neçə ay ərzində Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xətti boyu nisbi sakitlik dövrünü alqışladıq", - bəyanatda deyilir. 

Həmsədrlər həmçinin bir müddət əvvəl gərginliyin artmasından narahat olduqlarını bildirərək, prezidentləri zorakılıqdan çəkinməyə və atəşkəs rejiminə ciddi əməl etmək üçün addımlar atmağa çağırıblar.

"Prezidentlər bir daha Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşənlər haqqında məlumatların qarşılıqlı mübadiləsini davam etdirəcəklərini bəyan ediblər", - həmsədrlərin bəyanatında vurğulanır.  

Son xəbərlər

Orphus sistemi