Yuxarı
    Bağlamaq

    Həmsədrlər: "Qoşunların təmas xəttində minaatan və ağır silahlardan istifadə edilməsindən ciddi narahatıq"

    Bu cür addımlar yolverilməzdir və münaqişənin gərginləşməsinə gətirib çıxara bilər

    Bakı. 25 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Ceyms Uorlik, Pyer Andryu və İqor Popov, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycan və Ermənistanın mülki əhali yaşayan ərazilərdə minaatanlar və ağır silahlardan istifadə etməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

    "Report" xəbər verir ki, vasitəçilərin sentyabrın 25-də Nyu-Yorkda yaydıqları bəyanatda belə deyilir.  

    Bəyanatda qeyd olunub ki, bu cür addımlar yolverilməzdir və münaqişənin eskalasiyasına gətirib çıxara bilər.

    Vasitəçilər təmas xəttinin hər iki tərəfində tələfat olduğunu vurğulayıblar və ölənlərin ailələrinə başsağlığı veriblər: "Biz təəssüf edirik ki, bu cür insidentlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda nəzərdə tutulmuş görüşü ərəfəsində baş verir. Zənnimizcə, nazirlər əhalinin eskalasiyası və münaqişənin danışıqlar yolu ilə nizama salınmasına dair ciddi diskussiya aparacaq. Bizim zorakılığın nədən yarandığını müəyyən etməkdə çətinlik çəkdiyimiz bir vaxtda və münaqişə tərəflərinin bir-birini günahlandırdığı zaman tərəflər ATƏT-in araşdırma mexanizmi istiqamətində işləməlidir. Bu məsələ prezidentlər arasında da müzakirə edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi