Yuxarı

ATƏT-in Minsk qrupunun həmsədrləri: "Monitorinq zamanı baş verən insident münaqişənin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir"

Ağır silahdan istifadə yolverilməzdir və bu, mülki əhali üçün ciddi təhlükə yaradır

Bakı. 29 oktyabr. REPORT.AZ/ "ATƏT-in monitorinqi zamanı qoşunların təmas xəttində baş verən insident Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin yekunlarına aid birgə bəyanatda deyilir.

Bəyanat müəllifləri qeyd edib ki, tərəflər üzərinə monitorinq aparan şəxslərin təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Amma həmsədrlərin oktyabrın 27-də apardığı monitorinq zamanı qoşunların təmas xəttində atışma qeydə alınıb.

Bəyanatda, həmçinin qeyd olunur ki, iki ölkə prezidenti ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş keçirmək öhdəliyini bir daha təsdiq edib. Həmsədrlər qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində atəşkəs rejiminin pozulmasının təhlükəli olduğunu vurğulayıb. Vasitəçilər ağır silahdan istifadənin yolverilməz olduğunu və bunun mülki əhali üçün ciddi təhlükə yaratdığını da bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi