ATƏT-in Minsk qrupunun həmsədrləri Krakov görüşü barədə birgə bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Krakov görüşü barədə birgə bəyanat yayıblar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətlərinin genişləndirilməsi üzrə prinsipial razılaşma əldə olunub
Qarabağ
18 Yanvar , 2018 23:53
ATƏT-in Minsk qrupunun həmsədrləri Krakov görüşü barədə birgə bəyanat yayıblar

Bakı. 18 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Krakovda keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşlərin yekunları barədə bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanat ATƏT-in rəsmi internet səhifəsinə yerləşdirilib.

Sənəddə qeyd olunur ki, həmsədrlər (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və yanvarın 18-də Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşüblər.

Həmsədrlər yanvarın 18-də hər iki nazir ilə birgə görüş keçiriblər.

"Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş sazişlərin reallaşdırılması yardım üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətlərinin genişləndirilməsinin həyata keçirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə ediblər", - deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, tərəflər və həmsədrlər görüşlər zamanı hazırda danışıqlar masasında olan işçi təkliflərdəki əsas həssas məsələlələr üzrə fikir mübadiləsi aparıblar. Həmsədrlər həmçinin danışıqlar prosesinə mühüm töhfə qismində etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinə çağırıblar. Nazirlər və vasitəçilər təmas xəttində nisbi sakitçiliyin olduğunu etiraf ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı möhkəmləndirməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi