ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə səfər edəcəklər Qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunacaq
Qarabağ
13 Fevral , 2015 17:46
ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə səfər edəcəklər

Bakı. 13 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər çərçivəsində Dağlıq Qarabağa səfər edəcək. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, vasitəçilər Bakı və İrəvana səfərdən sonra Azərbaycanın işğal olunmuş ərazilərinə getmək niyyətindədir.

Xatırladaq ki, fevralın 16-da həmsədrlər Bakıda görüşlər keçirəcək, daha sonra İrəvana yollanacaqlar. Regiona səfər zamanı həmsədrlər münaqişənin sülh yolu ilə həlli prosesinin irəliləməsinə dair gələcək addımları, eləcə də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi