Bakı. 8 fevral. REPORT.AZ/ İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Edvard Nalbandyan və həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvar görüşü zamanı əldə olunan razılaşmalar, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin potensialının genişləndirilməsi üzrə məsələlər müzakirə olunub.