ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər Bakı. 5 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər.
Qarabağ
5 İyun , 2018 11:47
ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

O deyib ki, iyunun 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan XİN başçıları və ya baş nazirlə prezident arasında görüş barədə heç bir razılaşma yoxdur.

"Yerevanda vasitəçilərlə XİN başçısı arasında ilk əlaqə olacaq. Görüşdə həmçinin gələcək addımlar da müzakirə olunacaq", - T.Balayan vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşün yekununda yayılmış bəyanata görə, vasitəçilər iyunda Yerevana səfər etməyi planlaşdırırdılar.

Son xəbərlər

Orphus sistemi