Bakı. 25 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
"Report"un verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi "twitter" səhifəsində yazıb.
Görüş Nyu-Yorkda
C.Uorlikin sözlərinə görə, E.Nalbandyanla görüşdə qoşunların təmas xəttində bu yaxınlarda müşahidə edilən zorakılıq, xüsusilə də mülki vətəndaşlara qarşı eskalasiyaya dair ciddi danışıqlar aparıblar.