Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

    Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjej Kasprşik də iştirak edib

    Bakı. 25 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin dinc yolla həlli yollarına dair məsələlər müzakirə olunub.

    Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjej Kasprşik iştirak ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi