Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı qondarma "referendum"un nəticələrini tanımır

    Vasitəçilər: Tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır

    Bakı. 17 fevral. REPORT.AZ/ "Ermənistan və Azərbaycan da daxil olmaqla, tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".

    "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu olaraq yayılmış bəyanatında deyilir.

    Vasitəçilər fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma "referendum" keçirilməsindən xəbərdar olduqlarını, amma bu referendumun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunun təsir edən hüquqi statusa malik olmasını tanımadıqlarını bildiriblər.

    "Nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə davam edən danışıqların gedişatını müəyyənləşdirməyə əsas deyil", - bəyanatda deyilir.

    Bəyanat, həmçinin həmsədrlərin mart ayında regiona növbəti dəfə səfər etməyi planlaşdırdıqları qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi