ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər Edvard Nalbandyan: “Ehtiyac olarsa, uyğun hazırlıqdan sonra XİN başçıları və prezidentlərin görüşü keçirilə bilər”
Qarabağ
30 May , 2017 15:38
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər

Bakı. 30 may. REPORT.AZ/ “ATƏT-in Minsk qrupunun həmsədləri yaxın 10 gün ərzində Yerevana və Xankəndinə səfər edəcəklər”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyerlə birlikdə Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“On gündən sonra həmsədrlərin səfər edəcəyini gözləyirik. Onlar Ermənistana və Qarabağa səfər edəcəklər. Ehtiyac olarsa, uyğun hazırlıqdan sonra XİN başçıları və prezidentlərin də görüşü keçirilə bilər”, - E.Nalbandyan vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi