Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana gələcəklər

Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana gələcəklər Diplomatlar Yerevanda da olacaqlar
Qarabağ
2 Oktyabr , 2017 15:13
Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana gələcəklər

Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və vəziyyətlə tanışlıq məqsədilə iki ölkənin rəsmiləri ilə görüşlər keçirəcək.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, A.Şofer Minsk qrupunun digər həmsədrləri ilə birlikdə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Səfirliyin məlumatında vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ tərəflər ilə fəal şəkildə işləyəcək: "ABŞ-ın Minsk qrupundakı həmsədri Andrü Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güc təhdidlərinin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır".

Son xəbərlər

Orphus sistemi