Yuxarı

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar

Sənəddə münaqişə tərəfləri Vyana və Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatdakı razılaşmalara hörmət etməyə çağırılır

Bakı. 24 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar. 

"Report" xəbər verir ki, sənəddə münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır. 

"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa, həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub. 

Həmsədrlər həmçinin prezidentlərin son iki görüşün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi