Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın XİN rəhbəri ilə görüşüb

    Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib

    Bakı. 12 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

    "Report" xəbər verir ki, görüş Berlində keçirilib.

    Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib.

    Qeyd edək ki, Almaniya ATƏT-in Minsk qrupunun tərkibinə daxildir və yanvarın 1-dən etibarən 1 illik müddətə ATƏT-ə sədrlik edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi