Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər

    Görüşlərdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilir

    Bakı. 7 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Bakıya gəliblər. "Report"un məlumatına görə, bu gün vasitəçilərin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü planlaşdırılır.

    Xatırladaq ki, dünən həmsədrlər Ermənistan prezidenti Serj Sarqsyanla görüş keçiriblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesin irəliləyişi imkanları və Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.

    Regiona səfərin yekununda vasitəçilər birgə bəyənat yayacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi