Yuxarı

Fransalı həmsədr: "Yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışacağıq"

Pyer Andryö tərəfləri danışıqlara başlamağa çağırıb

Bakı. 26 aprel. REPORT.AZ/ "Yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb, birgə görüş təşkil etməyə çalışacağıq. Hazırda bunun üzərində işləyirik".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryö Bakıda jurnalistlərə açılqmasında deyib.

Vasitəçilərin yaxın gələcəkdə regiona səfəri ilə bağlı sualı cavablandıran həmsədr belə deyib: "Tarix məlum deyil, bu məsələ hələ həll olunmayıb. Amma bu zəruridir".

ATƏT-in Minsk qrupunun həmsədri təmas xəttində atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıb və tərəfləri danışıqlara başlamağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi