Yuxarı

​ATƏT-in Minsk qrupunun həmsədri Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak edəcək

Uorlik: Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik

Bakı. 25 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Bu barədə "Report"a C. Uorlik məlumat verib.

"Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik. Ümid edirik ki, bu gün də artmaqda olan və aralarında dinc sakinlərin üstünlük təşkil etdiyi münaqişə qurbanlarının sayının çox olması prezidentlərin diqqətlərini danışıqlar əsasında nizamlanmaya yönəltməyə kömək edəcək", - deyə o bildirib.

C.Uorlik qeyd edib ki, o, Minsk qrupun həmsədri kimi öz fransalı və rusiyalı həmkarları və münaqişə tərəfləri ilə nizamlanmada irəliləyişin əldə olunması üçün işləməyə hazırdır.

"İndi sülhün əldə olunma vaxtıdır", - deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi