Yuxarı

​ATƏT-in Minsk qrupunun həmsədri: "İşğal olunan ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır"

Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu il ərzində baş tutacaq görüşünü səbirsizliklə gözləyirik

Bakı. 14 iyul. REPORT.AZ/ "Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu il ərzində baş tutacaq görüşünü səbirsizliklə gözləyirik".

"Report" xəbər verir ki, bu barədə Moskvaya etdiyi səfərinin yekunları ilə bağlı "Vedomosti" qəzetinə müsahibə verən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

O deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada olduğundan onunla görüşə bilməyib: "Biz xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşmək imkanı əldə etdik. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə atılacaq növbəti addımlar barədə fikir mübadiləsi apardıq. Bir daha təsdiqlədik ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa münaqişənin həlli yollarının axtarılmasını davam etdirməli və birlikdə gündəliyi hazırlamalıdırlar".

C.Uorlik həmçinin qeyd edib ki, işğal olunan ərazilər münaqişənin kompleks həlli çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılmalıdır. 

"Burada nizamlanmanın bir prinsipi, yaxud elementi üzərində durmamaq vacibdir. Ərazilər qaytarılmalıdır, lakin digər amillər də var. Ona görə də biz həmişə hərtərəfli, kompleks şəkildə nizamlanma prosesindən danışırıq" - ATƏT-in Minsk qrupunun həmsədri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi