ATƏT-in Minsk qrupunun həmsədri Böyük Britaniya XİN-də məsləhətləşmələr keçirib

ATƏT-in Minsk qrupunun həmsədri Böyük Britaniya XİN-də məsləhətləşmələr keçirib Uorlik Avropa məsələləri üzrə nazir Devid Lidinqtonla ATƏT-in Minsk qrupunun işini müzakirə edib
Qarabağ
14 Yanvar , 2016 12:11
ATƏT-in Minsk qrupunun həmsədri Böyük Britaniya XİN-də məsləhətləşmələr keçirib

Bakı. 14 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Böyük Britaniya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması məsələsiylə bağlı məsləhətləşmələr keçirib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, ATƏT-in Minsk qrupunun işini müzakirə etmək üçün Avropa məsələləri üzrə nazir Devid Lidinqtonla görüşüb.

C.Uorlik, həmçinin aralarında hökumət, qeyri-hökumət sektoru və elmi dairənin nümayəndələrinin olduğu region üzrə ekspertlərlə dəyirmi masada iştirak edib.

Dağlıq Qarabağ münaqişəsi ətrafında son hadisələr eyni zamanda Şərqi Avropa və Mərkəzi Asiya məsələləri üzrə Britaniya XİN direktoratlığının rəhbəri Maykl Tethemlə də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi